Gəncədə əri ilə mübahisə edən qadın özünü yandırdı

5-01-2017, 20:03           
Gəncədə əri ilə mübahisə edən qadın özünü yandırdı
Həyat yoldaşı ilə mübahisə edən qadın özünü yandırıb.

Report-un məlumatına görə, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Abdullayeva Mehriban İnqilab qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə zamanı əsəbləşərək üzərinə neft tökərək özünü yandırıb. Müxtəlif yanıq xəsarətləri alan qadın yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru