Gəncədə qadın oğlu tərəfindən bıçaqlandı

6-01-2017, 10:18           
Gəncədə qadın oğlu tərəfindən bıçaqlandı
teref.az-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Şəhərin Məhsəti qəsəbəsində yaşayan 47 yaşlı Nargilə İsrail qızı Hüseynova qəsəbədə oğlu tərəfindən bıçaqlanıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yanlarından bıçaq xəsarəti alan qadına tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan N. Hüseynovanın oğlu ondan pul istəyib. Pul əldə edə bilməyən oğlan anası ilə mübahisə edib. Qadın qəsəbədə yaşayan digər oğlunun evinə getsə də, pul istəyən oğlu ora gələrək qadını bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru