Onlar Beynəlxalq Bankın rəhbərliyinə gətirilir

6-01-2017, 12:54           
Onlar Beynəlxalq Bankın rəhbərliyinə gətirilir
"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir.

Bu barədə APA-ya bank sektorundakı mənbə bildirib.

Məlumata görə, A.Əmirovun ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir. Mənbə əlavə edib ki, A.Əmirovla yanaşı dövlət bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov da gətiriləcək. "Hər iki şəxs artıq bir müddətdir ABB-də təhvil-təslim işləri ilə məşğuldur. Hələlik rəsmi təyinat yoxdur. Lakin yaxınlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə mənbə bildirib.

Xatırladaq ki, dekabr ayında ABB-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Xalid Əhədova həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru