“İndi bir başqası ermənidən pul alsaydı…” - Sabiq deputat hüquqşünasa
9-01-2017, 16:42
Vəkil Aslan İsmayılovla sabiq deputat Etibar Hüseynov arasında qalmaqal yaranıb. Unikal.org xəbər verir ki, hər iki şəxs “Facebook”da bir-birlərinə təhqir dolu ifadələr yazıblar.
Etibar Hüseynov Aslan İsmayılov haqqında deyib: “Bircə onu bilirəm ki, indi bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü. İl boyu millətdən, vətəndən, qeyrətdən danışır bu cür zatlar”.
Aslan İsmayılovun Etibar Hüseynova cavabı isə belə olub: “Adını balaca hərflərlə yazdığın insanın otağında boynu bükülü imdad dilədiyin nə tez yaddan çıxdı? Bəs sənə pulsuz vəkillik etməyim, bəs ünvanıma dediyin təriflər? Deyəsən vəzifə söz veriblər? Ömrünü yallanmağa sərf etdin”.