MDU-nun rektoru: Burada Azərbaycan elitası təhsil alır

10-01-2017, 23:35           
MDU-nun rektoru: Burada Azərbaycan elitası təhsil alır
Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanın ən yaxşı universitetidir.

APA-nın verdiyi məlumata görə, bunu M.V. Lomonosov adına MDU-un rektoru Viktor Sadovniçi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

Rektor dövlət başçısını MDU-nun inkişaf proqramının həyata keçirilməsi və ali məktəbin filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatlandırıb.

"Bizim Bakı filialımız üçün ayrıca kampus tikilib. Azərbaycanın ən yaxşı universitetidir. Burada 6 fakültə var, 500 tələbə - Azərbaycanın elitası təhsil alır", - deyə V. Sadovniçi bildirib.

Rektor ümumilikdə MDU-nun filiallarında 3 min tələbənin təhsil aldığını qeyd edib: "Mühüm olan odur ki, biz rus dilində öyrədirik. MDU-nun diplomunu veririk. Filialları bitirənlər həmin respublikalarda qalaraq orada işləyirlər. Yəni ki, biz dostlarımızı hazırladığımıza ümid edirik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru