Neft bahalaşır

11-01-2017, 10:40           

Dünya birjalarında neft bahalaşıb.

teref.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.

Ötən gün neftin qiyməti kəskin azalma dinamikası nümayiş etdirib. Belə ki, Brent və WTI markalı neft 3,8% dollar ucuzlaşıb. Brent markalı neftin qiyməti ötən ilin dekabr ayının 16-dan etibarən 54 dollar səviyyəsindən aşağı düşüb. Neftin ucuzlaşmasının əsas səbəbi bazarda disbalansın yaranmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru