16 yaşlı oğlan qətl törətdi - AZƏRBAYCANDA

11-01-2017, 13:02           

Cəlilabadda 18 yaşlı oğlanı öldürən şəxsin kimliyi müəyyənləşib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gecə Cəlilabad şəhərində Emin Abdullayevi bıçaqlayaraq öldürən şəxsin 2001-ci il təvəllüdlü Murad Muradov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.



Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.