Polis İdarəsində ÖLÜM - Gəncədə

11-01-2017, 17:08           

Gəncə Şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib.

Hadisə bu gün qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru