Dolların rəsmi məzənnəsi dəyişmədi

12-01-2017, 11:03           

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-nin verdiyi məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi yanvarın 11-i ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən 0,48% bahalaşaraq 1,8809 manat olub.

Rusiya rublunun məzənnəsi 0,68% bahalaşaraq 0,0297 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,59% zəifləyərək 0,4574 manat təşkil edib.

1 ingilis funt sterlinqi 0,38% artaraq 2,1656 manat olub.

Gürcüstan larisinin məzənnəsi də 0,15% möhkəmlənərək 0,6482 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru