İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı

13-01-2017, 20:47           
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.
“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, əsasnaməyə aşağıdakı yarımbənd əlavə edilib.
“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru