Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçiləri problemlərlə üzləşib. Milli.Az xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsində texniki problem yaranıb. Hal-hazırda Facebook-da əksər səhifələrə daxil olmaq olmur. Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkənin işində böyük nasazlıq 19 iyun 2014-cü il tarixində baş verib və yarımsaatlıq texniki problem şirkətə 500 min dollara başa gəlib.