Ənvər Həsənovun səhhəti pisləşib

14-01-2017, 19:07           
Ənvər Həsənovun səhhəti pisləşib
Azərbaycanın əməkdar artisti Ənvər Həsənovun səhhəti pisləşib.

Aktyor "Report"a açıqlamasında müalicə aldığını və özünü yaxşı hiss etmədiyini bildirib:

"Hazırda müalicə alıram. Böyrəklərimdə ciddi soyuqdəymə var və 4 aydır əziyyət çəkirəm".

Qeyd edək ki, Ə.Həsənovun 66 yaşı var və "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru