İordaniya hökuməti istefaya gedib. “Report” xəbər verir ki, bu barədə “Əş-Şərq Əl-Ausat” qəzeti məlumat verib. Nəşrin məlumatına görə, Krallıq hökumətinin üzvləri istefa haqqında ərizə verib. Onlar bu addımı baş nazir Hani Əl-Mulkinin xahişi əsasında atıblar.