Göyçay sakini özünü güllələdi

14-01-2017, 23:30           

Göyçay rayon sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Zamanov Misirxan İsrayıl oğlu ov tüfəngi ilə ehtiyatsız davranıb və əlindəki silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Sol əlindən ağır xəsarət alan Misirxan Zamanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ilkin tibbi yardım göstəriləndən sonra müalicə üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru