ACI xəbər!!! Azərbaycan ordusu yenə şəhid verdi

15-01-2017, 12:51           
ACI xəbər!!! Azərbaycan ordusu yenə şəhid verdi
teref.az yazır ki, Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində baş vermiş insident barədə məlumat yayıb. Məlumatda deyilir:
Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
İnsidentin nə vaxt və təmas xəttinin hansı sahəsində baş verdiyi göstərilmir. Habelə hərbi qulluqçumuzun vurulmasına cavab olaraq düşmənə qarşı qisas tədbirlərinin görüldüyü barədə məlumat yoxdur.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru