Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)

16-01-2017, 20:11           
Rektordan sərt qərar - Universitetin 5 dekanı vəzifədən çıxarıldı (Siyahı)
Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub

Müvafiq qərarla Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.

Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Kazımova faktı təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru