Nazirlikdən Bakıda baş vermiş ana ölümü faktına - Reaksiya

16-01-2017, 20:12           
Nazirlikdən Bakıda baş vermiş ana ölümü faktına - Reaksiya
Səhiyyə Nazirliyi Bakının Xəzər rayonunda baş vermiş ana ölümü ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya bildirib ki, Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay Vahab qızı vaxtı çatmış 39 həftəlik hamiləliklə, uşaqlıq qanaxması, ölü döl diaqnozu və 4-cü dərəcəli şokla qohumları tərəfindən Mərdəkandakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib.

Onun sözlərinə görə, mərhum evdə çoxlu qan itirib: “Yanvarın 14-ü səhər saat 06.00 radələrində xəstə təxirəsalınmaz əməliyyata götürülüb. Lakin əməliyyatın gedişi zamanı, aparılan reanimasiya tədbirlərinə baxmayaraq 06.25-də xəstənin ürək fəaliyyəti dayanıb. Meyit təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılıb, nəticələri barədə yaxın vaxtlarda məlumat veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru