Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü - Foto

17-01-2017, 09:48           
Kadırovun şəxsi mühafizəçisi xəyanətə görə öldürüldü - Foto
Rusiya Kütləvi İnformasiya Vasitələri Çeçenistan lideri Ramzan Kadırovun şəxsi mühafizəçisinin ölüm səbəbi barədə informasiya əldə edib. İddiaya görə, Əlixan Muzayev kəndlilərlə birgə hakimiyyətə qarşı silahlı təxribat törətməyi planlaşdırdığı üçün öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Qafqaz Realni” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Onun yerli qüvvələr tərəfindən 15 yanvarda yaxalandığı və daha sonra meyitinin yaxınlarına təhvil verildiyi bildirilib. Hüquq mühafizə orqanları onun ailəsinə bildirib ki, əməliyyat zamanı Muzayev polislərdən birinin silahını götürərək özünə atəş açıb.

Muzayevin ailəsi isə bu versiyanı rədd edib.

Kurçaloya sakinlərinin meyiti gizli şəkildə dəfn etdiyi vurğulanıb.

Tvitterdə isə onun fotoları peyda olub. Qeyd edək ki, Əlixan Muzayevin ölümü ilə bağlı rəsmi açıqlama yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.