Uorlik Rusiya şirkətində işə başladı

18-01-2017, 08:33           

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik bu gündən - 17 yanvardan yeni vəzifələrinin icrasına başlayıb.

Diplomat Rusiyanın Vaşinqtondakı böyük və nüfuzlu “Yeqorov, Puqinski, Afanasyev və partnyorları" hüquq şirkətinın partnyoru olub. Virtualaz.org bildirir ki, bu barədə şirkətin rəsmi saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, Uorlik əsl peşəkarlar komandasının hissəsi olmağın onun üçün böyük şərəf olduğunu bildirib.

Məşhur diplomat deyib: "Bu mənim karyeramın yeni mərhələsi, həmçinin Amerika və beynəlxalq şirkətlərlə, hansılar ki, Rusiyada və MDB-də bizneslə məşğul olurlar, münasibətlərin inkişafı, eləcə də bu keçid dövründə ölkələr arasında münasibətlərin yaxşılaşması üçün təcrübəmdən istifadə etmək imkanıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru