Şəmkirdə 29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu

21-01-2017, 10:57           
Şəmkirdə 29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu
Şəmkirdə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini 1988-ci il təvəllüdlü Allahyarov Allahyar Zahid oğlu müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.


Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru