Binəqədidə evdə partlayış, 4 nəfər xəsarət alıb

21-01-2017, 15:18           

Binəqədi rayonunda ümumi sahəsi 50 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a bildiriblər ki, nəticədə ev əşyaları ilə birlikdə yanıb. Hadisə zamanı dörd nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub, Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru