Yaponiyanın neft emalı zavodunda yanğın 40 saatdan sonra söndürülüb

24-01-2017, 09:16           
Yaponiyanın neft emalı zavodunda yanğın 40 saatdan sonra söndürülüb
Yaponiyanın Vakayama prefekturasının Arida şəhərində yerləşən "Tonen" kimya korporasiyasına məxsus neftayırma zavodunda baş vermiş yanğın başladığı vaxtdan 40 saat sonra söndürülüb.

"Report" xəbər verir ki, bu barədə "Kiodo" məlumat yayıb. Yanğın bazar günü baş verib. Yanğının ocağının sürtkü materialları konteynerinin ola biləcəyi ehtimal edilir. Partlayış təhlükəsi olduğundan, yaxınlıqda yaşayan 500-dən çox yerli sakin təxliyə olunub.

Yanğınsöndürənlərə alovu tamamilə söndürmək üçün təqribən iki sutka lazım olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru