Şəkidə 45 yaşlı kişi qətlə yetirilib

24-01-2017, 13:01           
Şəkidə 45 yaşlı kişi qətlə yetirilib
Şəkidə 45 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə 02.00 radələrində Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Mehman İsrail oğlu Əsgərov başının ənsə nahiyəsinin bıçaqla kəsilmiş yarası ilə xəstəxanaya daxil olub. Müayinə zamanı onun qanaxmadan öldüyü məlum olub. İlkin araşdırma zamanı məlum olub ki, Mehman Əsgərovu Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsi 44 ünvanında qohumu bıçaqlayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsindən APA-ya qətl faktı təsdiqlənib. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da, onun saxlanıldığı bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru