“Azadlıq”ın redaktoru Avropadan sığınacaq istəməyib

24-01-2017, 18:59           
“Azadlıq”ın redaktoru Avropadan sığınacaq istəməyib
Müxalif “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Avropa ölkələrindən birindən sığınacaq istədiyi haqqında məlumatları təkzib edib.

Hacıyevin Turan-a verdiyi məlumata görə, o, jurnalist tədbirində iştirak etmək üçün Fransaya gedib. “Siyasi sığınacaq almaq üçün müraciət məsələsi qətiyyən həqiqətə uyğun deyil”, deyə redaktor bildirib.

Qeyd edək ki, Hacıyevin sığınacaq istədiyi haqqında məlumat bu gün Azərbaycanın bir neçə hökumətyönlü saytında yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru