Lənkəranda kredit təşkilatına BASQIN: Külli miqdarda pul oğurlandı

24-01-2017, 21:40           
Lənkəranda kredit təşkilatına BASQIN: Külli miqdarda pul oğurlandı
Polis hadisəni törədənlərin axtarışlarına başlayıb
Lənkəranda oğrular ofisdən seyfi aparmağa nail olublar. İstiPress-in Cənub bürosunun məlumatına görə, ötən gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən kredit bank olmayan VİZA MMC-nin ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyf naməlum şəraitdə oğurlanıb. Hadisə barədə Lənkəran rayon polis şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb. Seyfin içindəki vəsait barədə açıqlama verilmir. Təşkilatın bütün vəsaiti, sənədləri və möhürü oğurlanan seyfin içərisində olub.
Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru