Azad Rəhimov özünə 300 minlik at alıb?

14-02-2017, 17:51           
Azad Rəhimov özünə 300 minlik at alıb?
Bir neçə gündür bəzi mətbuat səhifələrində və sosial şəbəkələrdə gənclər və idman naziri Azad Rəhimovun 300 min manatlıq at alması barədə xəbərlər yazılır.

“Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında yayılan xəbəri şayiə adlandıraraq, deyib ki, ortaya sübut da qoymalıdırlar.

“Tutaq ki, nazir at alıb, ya da almayıb. Bundan kimə nə! Bu cür xəbərləri yazıb şayiə yayanların suallarına cavab vermək fikrim yoxdur. Özünə hörmət edən agentlik,ya da sayt belə xəbəri yayırsa, bu faktı sübut da etsin. Mən isə nazirliyin mətbuat katibi olaraq bu cür suallara cavab verməyi nə özümə yaraşdırıram, nə də sığışdırıram!”.

Qeyd edək ki, yayılan xəbərdə deyilir ki, nazirin aldığı atın əsas çaparı olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru