Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.