Bakıda burnunu kəsdirib bəyənməyən qızdan ŞOK ADDIM

17-02-2017, 10:01           
Bakıda burnunu kəsdirib bəyənməyən qızdan ŞOK ADDIM
Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib

teref.az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini olan 21 yaşlı Aytən Qulamova (ad-siyad şərtidir) Şıxov çimərliyində dənizə girərək özünü suda boğmağa çalışıb.

Gənc qızın "Eldorado" otelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar. Sahilə yığılmış şəxslərin çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru