Ticarət mərkəzinin qarşısında dəhşətli qəza: ölənlər var

19-02-2017, 22:12           

Bu gün Cəlilabad rayonunda dəhşətli yol qızası baş verib.

teref.az lent.az-a istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən hissəsində - Qarazəncir və Alar kəndlərinin arasındakı ticarət mərkəzinin qarşısında iki avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən ikisi hadisə yerindəcə keçinib.

Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza avtomobillərdən biri köməkçi yoldan magistral yola çıxarkən baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru