Türk milyarder Ukraynadakı zavodlarını bağladı

21-02-2017, 14:58           
Türk milyarder Ukraynadakı zavodlarını bağladı
Ukraynalı milyarder Rinat Əhmədov Donetskdəki Yenakiyevsk Metallurgiya Zavodu və Luqanskdakı Krasnodonuqol Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, Əhmədovun belə addım atmasına Donbasa gedən dəmiryollarının qapadılması səbəb olub. Məhz bunun ucbatından zavodun məhsullarının daşınması mümkün olmur.

Qeyd edək ki, hər iki müəssisə Donbasda Kiyevin nəzarət etdiyi bölgədə yerləşir.

Rinat Əhmədov Ukraynanın ən varlı şəxsi sayılır. Onun sərvəti 2,3 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru