"HƏMSƏDRLƏR VASİTƏÇİ DEYİL, PROKUROR ROLUNU OYNAYIR"

21-05-2017, 19:06           

"Minsk qrupunu kim ləğv edəcək ki?”

Bunu Sherg.az-ın "Azərbaycanın faktiki fəaliyyətsizliyi ilə seçilən ATƏT-in Minsk qrupundan imtinası ilə bağlı danışarkən konfliktoloq Elxan Mehdiyev deyib. O xatırladıb ki, Azərbaycan Minsk qrupuna qarşı bir müddət etirazlar səsləndirdi:

"2016-cı ilin yanvar ayından, aprel ayına qədər Prezident İlham Əliyev onları doğru şəkildə boykot etdi və həmsədrlərlə görüşmədi. Mənə elə gəlir ki, belə yanaşma olarsa, ATƏT həmsədrləri yerini bilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin funksiyası vasitəçilik olduğu halda bu işdə prokuror rolunu oynayırlar. Onların 18 may 2017-ci il tarixli standart bəyanatı faktiki Azərbaycana qarşı yönəlmiş bəyanatdır. Bu baxımdan həmsədrlər istəyir ki, münaqişəni Azərbaycan özü, ordusu və siyasi rəhbərliyi həll etsin. Ordumuz, sözsüz ki, güclüdür, iradəsi də var, amma hələ ki, ortaya sərt siyasi iradə qoulmur"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.