Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

24-05-2017, 08:19           
Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb
İngiltərənin Birmingem şəhərində Mançesterdə törədilən terror aktı qurbanlarının xatirəsinə həsr olunmuş aksiya zamanı əlində bıçaq və beysbol taxtası olan şəxs saxlanılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Çərşənbə axşamı Britaniyanın bir çox şəhərlərində 22 nəfərin ölümünə səbəb olan terror aktı qurbanlarının xatirəsi anılır. "Mançester Arena" konsert kompleksində partlayışı kamikadze törədib, 59 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında çoxlu sayda uşaq var. Ən azı 8 nəfər itkin düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru