Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb
24-05-2017, 08:20
Bakının Binəqədi rayonunda oğul anasını qəddarcasına döyərək ona ağır xəsarət yetirib. "Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1937-ci il təvəllüdlü Yusifova Əsmər Piri qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.