Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib
24-05-2017, 08:28
Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, 8-ci mikrorayon ərazisində 1979-cu il təvəllüdlü Ramil Hüseynov bədəninə bıçaq xəsarəti yetirərək özünü öldürmək istəyib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.