Göygöl sakini ata və oğul tərəfindən döyülüb

5-06-2017, 07:55           
Göygöl sakini ata və oğul tərəfindən döyülüb
Göygöldə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Mollacəlili kənd sakini, 1974-cü il təvəllüdlü Vüsal Namazov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, V. Namazov otlaq sahəsi üstündə həmkəndlisi Mübariz Əliyev və onun oğlu Natiq tərəfindən döyülüb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru