Daha bir Şəmkir sakinini ilan sancıb

11-06-2017, 07:49           
Daha bir Şəmkir sakinini ilan sancıb
Şəmkirdə ilan sancma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Xudaverdiyev İsa Haqverdi oğlu həyətində atı bağlamaq istəyən zaman ilan onun əlindən sancıb. O dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, Şəmkirdə bir gündə iki nəfəri ilan vurub. Bundan əvvəl rayonun Zəyəm qəsəbəsində də 1948-ci il təvəllüdlü Qaratel Hüseynovanı ilan sancıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru