Mağazadan 22 min manatlıq mal oğurladılar - Bakıda
2-07-2017, 21:24
Bakıda avtomobil ehtiyat hissələri mağazasından külli miqdarda dəyəri olan mal oğurlanıb. teref.az lent.az-a istinadən bildirir ki, Xətai rayonu Babək prospekti 22/10 ünvanındakı mağazanın sahibi Əhmədov Elnur Adil oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər mağazanı talayıblar. Pəncərədən keçmə yolu ilə mağazadan 22 min manatlıq mal aparılıb.