Lənkəranda şadlıq sarayında həkim döyülüb

3-07-2017, 07:20           
Lənkəranda şadlıq sarayında həkim döyülüb
Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb, “təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmamazlığından əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru