Yeni Zelandiyada ardıcıl iki güclü zəlzələ baş verib
3-07-2017, 07:27
Yeni Zelandiya yaxınlığında Sakit okeanda bir-birinin ardınca iki zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hər biri 5,9 bal gücündə olan yeraltı təkanların episentri Raul adasından 267 km şimal-şərqdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.