Tramp və Abe Şimali Koreyaya təzyiqlərini gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər

3-07-2017, 07:29           

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Sindzo Abe arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər Şimali Koreyaya təzyiqi artırmağa hazır olduqlarını vurğulayıblar.

Bunda əlavə, liderlər Şimali Koreyaya təzyiqi artırmaq üçün böyük 20-lik (G20) sammitindən istifadə etməyidə planlaşdırırlar.

Qeyd edək ki, G20 sammiti Almaniyanın Hamburq şəhərində 7-8 iyulda baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.