Rusiyanın “VTB” bankı Moskvada 6 mehmanxananı satışa çıxardığını elan edib.
Trend-in məlumatına görə, bank sahibi olduğu səhmdar cəmiyyəti satmaq barədə qərar verib. Hərraca çıxarılan səhmdar cəmiyyətə isə “Kuzminki”, “Sayanı”, “Vosxod”, “Altay”, “Ostankino” və “Turist” mehmanxanaları daxildir.
Bu mehmanxanaların ümumi ilkin satış qiyməti 126 milyon dollardan çoxdur.