Ermənistandan Azərbaycana ekoloji terror

3-07-2017, 21:06           
Ermənistandan Azərbaycana ekoloji terror
Ermənistan vətəndaşlarından biri Feysbuk səhifəsində Arpaçayın çirkləndirilməsi ilə bağlı videogörüntü paylaşıb.

Kadrlardan göründüyü kimi, çayın böyük bir hissəsi plastik şüşə və digər tullantılarla çirkləndirilib.

"Təsəvvür edirsiniz ki, çaya nə qədər zibil atılıb? Bu yalnız çayın üzərində görünən hissədir. Bəs nə qədər üst-üstə toplanıb, Arpaçaya dolub? Düşünülməsi belə qorxuncdur" - erməni istifadəçi yazıb.

Ermənistan tərəfinin dəfələrlə istər Naxçıvan, istərsə də Qarabağ istiqamətində çaylara tullantılar, zəhərli və kimyəvi maddələr atması barədə məlumatlar verilib və problem beynəlxalq təşkilatlar qarşısında qaldırılıb. Lakin, rəsmi İrəvan hər zaman beynəlxalq təşkilatlar qarşısında faktları yalanlamağa çalışıb.

Lakin sözügedən videogörüntü və ermənilərin etirafları Sarkisyan rejiminin yalanlarını növbəti dəfə ifşa edir.

Xatırladaq ki, Arpaçay Araz çayının ən önəmli qollarınından biridir. Çay birbaşa Araz çayına axmaqla, Azərbaycan ərazilərindən keçir. Ermənistan tərəfi Arpaçayı və digər çayları qəsdən çirkləndirərək Azərbaycana qarşı ekoloj terror həyata keçirir. \\Azvision.az\\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru