Yeniyetmə qız canına qıydı 3-07-2017, 23:47 Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib.teref.az məlumatına görə, “Report” xəbər verir ki, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb.Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş