Prezident köməkçisinin qəbulunda qan töküldü

4-07-2017, 09:44           
Prezident köməkçisinin qəbulunda qan töküldü
İyulun 3-də Prezident Admistrasiyasında şöbə müdiri və prezidentin köməkçisi Fuad Ələsgərovun qəbulunda xoşagəlməz olay baş verib. Vətəndaş Yusifova Əminə İbrahim qızı Ələsgərovla görüşməyə israr edib, lakin ona kobud tərzdə mane olublar. Bu zaman Ə.Yusifova özü ilə ayaqqabısında içəri keçirdiyi ülgücü çıxararaq, özunə xəsarət yetirib. Qadının qaynanası Əliyeva Minayə də onunla birlikdə olub.

Özünə xəsarət yetirən şikayətçi isə qan içində təcili yardıma yox, 9-cu Polis Bölməsinə aparılıb.

Ə.Yusifova ərinin qanunsuz həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetm edilməsindən şikayətçidir.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru