Bakıda tələbə döyülərək qətlə yetirilib

4-07-2017, 10:26           
Bakıda tələbə döyülərək qətlə yetirilib
Bakıda ölüm hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları "Report"a bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru