Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı — AÇIQLAMA

4-07-2017, 20:14           
Zoologiya İnstitutundan Kürdəmirdə tapılan heyvanla bağlı — AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

"Ölkə.Az" xəbər verir ki, İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir.

E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.

Direktorun sözlərinə görə, bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb.

O, Qobustan qoruğunda həmin heyvana rast gəldiyini və onun şəklini çəkdiyini də açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru