Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə idarəsi rəisinin müavini, polkovnik-leytenant Nəriman Yarəliyevin meyiti iş otağında aşkar edilib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Federal Ləzgi milli-mədəni muxtariyyətinin saytında məlumat yayılıb. İnformasiyaya əsasən, meyitin üzərində çoxsaylı fiziki xəsarət izləri aşkar edilib.