Xətai rayonunda çoxmərtəbəli binada yanğın olub

5-07-2017, 09:08           
Xətai rayonunda çoxmərtəbəli binada yanğın olub
Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yüksək temperaturdan mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 kvadratmetr sahədə və hamamın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə əriyib. 8 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın saat 20:45-də söndürülüb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru