Dənizdə daha bir faciə - 2 dost boğuldu 5-07-2017, 12:31 Dünən Bakıda daha iki nəfər dənizdə batıb. Lent.az xəbər verir ki, Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində 1995-cü il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlu ilə həmyaşıdı Cəfərov Orxan Aslan oğlu suda boğulub. Onların meyitləri sudan çıxarılıb. Bildirilir ki, dənizdə batan gənclər dost olub. Araşdırma aparılır. Facebook-da paylaş