Putinin işdən çıxardıqları arasında NÜVƏ GENERALI da var

7-07-2017, 14:53           
Putinin işdən çıxardıqları arasında NÜVƏ GENERALI da var
RF Müdafiə Nazirliyinin tabeliyində olan nüvə silahının saxlanması, xidmət və tətbiq olunmasına hazırlıq üzrə 12-ci Baş İdarəsinin (QUMO) rəhbəri general Yuriy S. Qriqoreviç istefaya göndərilib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Kommersant» xəbər yayıb.

Mənbədən bildirilib ki, general öz istəyi ilə raport yazaraq, səbəb kimi səhhətindəki problemləri göstərib.

Bildirilir ki, Yuriy S. Qriqoreviç bu vəzifədə 7 il çalışıb və bu müddətdə onun işinə bir dəfə də olsun irad olmayıb, tabeliyində olan obyektlərdə isə heç vaxt ciddi insident baş verməyib. Ötən ilin fevral ayında prezident QUMO rəhbərini general-leytenant vəzifəsinə yüksəltmişdi.

Xatırladaq ki, RF prezidenti Vladimir Putin dünən DİN , FHN və Cəzaların İcrası Federal Xidmətin (FSİN) 8 generalını işdən qovub. FaktXeber.com-un verdiyi məumata görə, bu barədə uyğun fərman rəsmi internet portalında dərc olunub. Onların qovulma səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, mayın əvvəlində Putin DİN, İstintaq Komitəsi, FHN və FSİN-dən 13 generalı qovmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru